Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

Nazirlikdən 79 min manatlıq cərimə

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-28 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 121 akt və protokol tərtib olunub.

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 51 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 17 iş üzrə 79 min 450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 21 min 251,71 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 124 iş üzrə 35 min 494,8 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qruplarına 15, məhkəmələrə isə 5 iş göndərilib.

AzNews.az