- Köhnə - Hadisə
- 22 Yanvar 2018 09:00
- 3 496
4 otaqlı ev yandı

Qubada yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Sırt Çiçi kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaq, aynabənddən ibarət evin və bitişik 36 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.