124 saylı avtobusun sürücüləri bu gün xəttə çıxmaqdan imtina ediblər 124 saylı avtobusun sürücüləri bu gün xəttə çıxmaqdan imtina ediblər

Nəqliyyat Nazirliyinə qarşı sürücü üsyanı

124 saylı avtobusun sürücüləri bu gün xəttə çıxmaqdan imtina ediblər



Bayram günündə 28 may metrosu yaxınlığından Lökbatan qəsəbəsinə yolu düşənlər elə yoldaca qalıblar. Çünki, adıçəkilən ünvana gedən 124 saylı avtobusun sürücüləri xəttə çıxmaqdan imtina edib.

Etiraza səbəb marşrut xəttinin qısaldılmasıdır. Sürücülər deyir ki, yolun bir hissəsini ixtisar etmələrinə baxmayaraq, onlardan tələb olunan gündəlik planı aşağı salmayıblar. Başqa sözlə, gündəlik ödəməli olduqları 180 manatı toplaya bilmirlər.
Lökbatan - 28 may marşrutu ilə hərəkət edən avtobusun yolunun qısaldılması sərnişinləri də narazı salıb. İndi onlar qəsəbədən şəhərə gəlmək üçün 3 marşrut dəyişmək məcburiyyətində qalırlar ki, bu da maddi cəhətdən sərfəli deyil.

"Bakı Sərnişin Nəqliyyatı" Departamentinin "3 saylı Avtonəqliyyat Müəssisəsi" MMC-nin direktoru Zahid İsmayılov isə 124 saylı avtobusun sürücülərinin xəttə çıxmaqdan imtina etməsini nizam-intizam qaydalarının sərtləşdirilməsi ilə bağlayır: "Bu marşurutda nizam-intizam qaydaları zəif idi, biz dəstə rəhbərini dəyişdik. Yenisini hələ ki, təyin etməmişik. Bunu təşkil edən köhnə rəhbərin adamlarıdır".
Bir qədər sonra xəttə yeni avtobuslar buraxılıb və 124 saylı marşrut üzrə hərəkət tam bərpa olunub.(musavat.com)