Bakıda avtobus qəza törətdi, tıxac yarandı

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

AzNews.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.