Yevlax rayonunda yol qəzası qeydə alınıb. Yevlax rayonunda yol qəzası qeydə alınıb.

Bakı-Qazax yolunda qəza - Xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində hər iki sürücü yüngül xəsarət alaraq ambulator müalicə olunublar. Sərnişinlərdən biri, Yevlax şəhər sakini 1972-ci il Simayə Əliyevanın isə aldığı xəsarət ağır olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az