Ağcabədidə çoxlu sayda silah-sursat tapıldı - Foto

Martın 10-da Ağcabədi rayonunun Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərmi tapılıb.

AzNews.az bu barədə ANAMA-a istinadən xəbər verir.

Məlumata əsasən, Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunmuş, kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri 11 mart 2018-ci il tarixində davam etdirilib, nəticədə əlavə olaraq 700 ədəd 5.45 mm-lik patron, 1 ədəd RQD-5 əlqumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

10-11 mart 2018-ci il tarixlərində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 281 ədəd partlamamış hərbi sursat (1 180 ədəd 5.45 mm-lik patron, 100 ədəd 7.62 mm-lik patron və 1 ədəd RQD-5 əlqumbarası) və 3 ədəd avtomat darağı aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

image description image description image description image description