Bakıda avtomobil dərəyə düşdü

Bakı şəhəri, Qaradağ rayonunda “NAZ” markalı minik avtomobilinin dərəyə düşüb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.