Siyəzən sakini narkotikə görə saxlanıldı

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

AzNews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs tutulub.

Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.