ABŞ-da tələbə avtobusu aşdı

ABŞ-ın Alabama ştatında tələbələri daşıyan avtobus aşıb.

AzNews.az ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, Hyustondan gələn təxminən içərisində 50 nəfərdən çox sərnişin olan tələbə avtobusu Florida-Alabama magistral yolunda qəzaya uğrayıb və qəza nəticəsində 1 nəfər ölüb.

19 yaralı xəstəxanaya qaldırılıb və onlardan 5-nini vəziyyətinin orta ağır olduğu bildirilir.