Bakının Sabunçu rayonunda “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Bakının Sabunçu rayonunda “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN paytaxtda yanan avtomobillə bağlı məlumat yaydı - Yenilənib

Bakının Sabunçu rayonunda “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

20:35

***

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.

Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib.

Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.