Zaqatalada fərdi yaşayış evində yanğın olub. Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Zaqatalada ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

AzNews.az APA-a istinadən xəbər verir ki, bu gün axşam radələrində rayonun Car kəndində, kənd sakini Arif Arasova məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyündə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün 2 kv.m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.