Ağdaşda avtomobil piyadanı vurdu

Ağdaş rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki kəndində, dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Sərvah Səhər oğlu Həmidovu avtomobil vurub. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.