- Köhnə - Hadisə
- 13 Mart 2018 23:43
- 3 316
Tehranda "Çərşənbə" zamanı xoşa gəlməz hadisə baş verib - Ölən və yaralılar var

İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib. Onun sözlərinə görə, yaralılar arasında biri qadın, digərləri isə kişidir. Yaralıların yarısı yanıq xəsarəti alıb.
İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.