- Köhnə - Hadisə
- 16 Mart 2018 09:11
- 3 054
77 yaşlı kişini “tok” vurdu

Goranboy rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Aslanov Məhərrəm Sarı oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az