- Köhnə - Hadisə
- 16 Mart 2018 14:22
- 2 707
3 yaşlı uşaq kanalizasiya quyusuna düşdü
Sabirabadda 3 yaşlı oğlan boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Nizami kənd sakini, 2015-ci il təvəllüdlü İsgəndərli Cahid Nahid oğlu ayaqyolunun quyusuna düşüb. Azyaşlı uşaq boğulma (asfiksiya) diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
AzNews.az