Ağsu rayonunda 6 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı şəhərinə göndərilib. Ağsu rayonunda 6 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı şəhərinə göndərilib.

Ağsudakı qəzanı törədən sürücü Bakıya gətirildi - Yenilənib

Ağsu rayonunda 6 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı şəhərinə göndərilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan sürücü, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu Ağsu rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə köçürülüb. Yaralıya ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərinə -Elmi Tədqiqat Travmotologiya İnstitutuna köçürülüb.

20:15

***

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Ağsu rayonunda dəhşətli yol qəzasında ölənlərdən ikisinin adları müəyyənləşib.

Həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.

O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

19:15

***

AzNews.az xəbər verir ki, Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.