Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişlədi

Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib.

AzNews.az APA-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.