Ölkə ərazisində müşahidə olunan yaz havası sabah da davam edəcək Ölkə ərazisində müşahidə olunan yaz havası sabah da davam edəcək

Meteohəssas insanlar, diqqətli olun!

Ölkə ərazisində müşahidə olunan yaz havası sabah da davam edəcək




Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 13-17, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər gündüz saatlarında bəzi yerlərdə duman, cənub-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Martın 12-13-də Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

AzNews.az