Xırdalanda ev yanıb

Abşeron rayonunda yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xırdalan şəhərində ümumi sahəsi 40 m2 olan 1 otaqlı mənzildə yanğın baş verib. Nəticədə mənzilin eyvanında 1 ədəd qaz sayğacı və binanın penoplastdan ibarət üzlüyü 5 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.