- Köhnə - Hadisə
- 19 Mart 2018 10:03
- 2 730
Avtomobil dərəyə aşdı
Gədəbəy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaya deyilən ərazisində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Namazov Samit Nofəl oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü hadisə yerinə cəlb edilmiş FHN əməkdaşları tərəfindən avtomobildən çıxarılaraq təcili tibbi yardım biriqadasına təhvil verilib. Ağır xəsarət alan yaralıya ilkin yardım göstərildikdən sonra o, Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az