Gəncə sakini yaşadığı binada döyüldü

Gəncə sakini döyülərək ağır xəsarət alıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Adil xan Ziyadxanov küçəsində yerləşən yataqxanada baş verib.

Orada yaşayan 1995-ci il təvəllüdlü Elşad Məmmədəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən E. Məmmədəliyevə tibbi yardım göstərilib, vəziyyətinin kfi olduğu bildirilir.