Nərimanovda yol qəzası baş verdi - Piyada öldü

Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 21-də saat 3 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Fərhad Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Nəcəf Niqmətullayevi vurub.