Biləsuvarda yol qəzası baş verdi - İran vətəndaşı xəsarət aldı

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, nəticədə İran İslam Respublikasının vətəndaşı xəsarət alıb. Rayonun Xırmandalı kəndidə "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 1986-cı il təvəllüdlü İsmayıl Abdi xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.