Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib. Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.

Qonşusu boğazını kəsdi

Bakının Nəsimi rayonunda bir nəfərin boğazı kəsilib.

"Report"un xəbərinə görə, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Nəcəfov Nurlan Böyükkişi oğlu Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs tərəfindən çölə çağırılıb. Naməlum şəxs N.Nəcəfovun boğazını bıçaqla kəsib.

Yaralı çoxlu qan itirirək 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. N.Nəcəfov cərrahi əməliyyat olunub.

Lakin onun vəziyyəti ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

AzNews.az