Ağstafada yol qəzası baş verdi - Yenilənib

Bakı - Qazax magistral yolunun 464-cü kilometrliyinin Ağstafa rayonundan keçən hissəsində baş verən yol qəzasında 1 nəfər yüngül xəsarət alıb

AzNews.az APA-a istinadən xəbər verir ki, Dağ Kəsəmən kəndi ərazisində "VAZ 2107" ilə "Mercedes" markalı avtomobil toqquşub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

21:03

Ağstafa rayonunda avtomobil qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.