- Köhnə - Hadisə
- 29 Mart 2018 14:12
- 4 044
Bir-birinə bitişik evlər yandı - Bakıda

Bakı şəhərində bir-birinə bitişik evlər yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 48 m2 olan birmərtəbəli 2 otaqlı ev (taxta konstruksiyalardan ibarət) və ona bitişik, ümumi sahəsi 89 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
Yanğın müvafiq yanğın bölmələri tərəfindən söndürülüb.