- Köhnə - Hadisə
- 29 Mart 2018 15:47
- 13 578
“Bacısını necə öldürdüyünü polisə bu gün dedi...” - Qətlin təfərrüatı
Goranboyda bacının qardaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayətin bəzi detalları məlum olub.
İrəvanlı kənd sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, Rəxşəndə Hüseynova 7-8 il bundan öncə öldürülüb:
“Qadını qardaşı öldürəndən sonra meyitini yaşadığı evin zirzəmisində basdırıb. O, hadisəni necə törətdiyini bu gün hadisə yerində hüquq-mühafizə orqanlarına deyib.
Rəxşəndənin atası Çingiz İrəvanlı kəndinə sonradan gəlib. Qız ailəli olub, sonradan ərindən boşanıb. Onu öldürən oğlan da ailəlidir”.
Qeyd edək ki, Goranboyda qətl hadisəsi baş verib. Rayonun İrəvanlı kənd sakini Rəxşəndə Hüseynova qardaşı tərəfindən öldürülüb.
Bahar RÜSTƏMLİ
AzNews.az