- Köhnə - Hadisə
- 30 Mart 2018 09:30
- 4 330
Avtomobillər toqquşdu - Ölən var
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.