Lənkəran sakini intihar edib. Lənkəran sakini intihar edib.

Evində özünü asdı

Lənkəran sakini intihar edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkar olunub.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az