Milli park ərazisində güllələnmə

Salyanın Şirvan Milli Parkında yerli sakin güllələnib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şirvan Milli Parkında 1 nəfər güllələnb.

Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Zərərçəkmişin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.