- Köhnə - Hadisə
- 31 Mart 2018 19:49
- 10 514
Lənkəranda ağır qəza- 6 nəfər öldü (Yenilənib 2)
Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.
"Report"un Cənub bürosunun məlumatına görə, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.
Ölənlər aşağıdakılardır:
Aslanov Faiq,
Aslanov Fikrət,
Aslanov Mərziyyə,
Aslanova Xanımgül,
Aslanov Namiq
Aslanova Məsmə,
Yaralılar:
Aslanov Ülvi Faiq oğlu, 7 yaş
"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu
AzNews.az
***
18:49
Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, ölənlər minik maşında olan şəxslərdir.
Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.
Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata gpörə, xəsarət alan azyaşlıdır.


***
18:38
Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
AzNews.az