Ötən gün Lerik rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub. Ötən gün Lerik rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub.

Lerikdəki kişi meyitinin kimliyi məlum oldu - Yenilənib

Ötən gün Lerik rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu, rayonun Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü İsayev Tofiq Hüseyn oğludur.

O, Bakıda yaşasa da, bir neçə həftə əvvəl rayona qardaşına baş çəkməyə gəlib. Lakin T. İsayev evə qayıdarkən itkin düşüb.

Ötən gün Veri kəndi ərazisində onun meyiti aşkarlanıb. T. İsayevin cəsədini tanımaq mümkün olmayıb. Bu səbəbdən də meyit Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilib və cəsədin kimliyi müəyyənləşdirilib.

Onun cəsədi asılmış vəziyyətdə aşkarlanıb. T. İsayevin ölüm səbəbi hələ məlum deyil.

***

22:01

Lerikdə meşədə asılmış kişi meyiti tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda onun kimliyi araşdırılır.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilir.

AzNews.az