- Köhnə - Hadisə
- 31 Mart 2018 22:40
- 4 809
Bakıda yanğın
Bakıda yanğın olub.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.