- Köhnə - Hadisə
- 1 Aprel 2018 19:41
- 5 995
Füzulidə minik avtomobili aşaraq yandı
Füzuli rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsində “Mercedes” markalı minik avtomobili aşıb.
Nəticədə avtomobilin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.