- Köhnə - Hadisə
- 1 Aprel 2018 20:40
- 4 618
Mingəçevirdə azyaşlını maşın vurdu
Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib.
İlkin məlumata əsasən, “VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb.
Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır.
Faktla bağlı araşdırma aparılır.