Göygöldə qumbaraatan mərmilər aşkarlandı

Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

AzNews.az ANAMA-a istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib.

Nəticədə 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.