Mingəçevirdə batan yeniyetmə oğlanın meyiti tapıldı - Yenilənib

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18:58

Mingəçevir şəhərinədən keçən kanalda yeniyetmə su kanalında batıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

***

18:37

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.