- Köhnə - Hadisə
- 2 Aprel 2018 19:24
- 4 758
Gəncədə yanğın oldu
Gəncə şəhərində yaşayış evində yanğın hadisəsi baş verib.
AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində Etibar Əliyevə məxsus 120 kvadratmetr sahəsi olan birmərtəbəli evdə qeydə alınıb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Evin 20 kvadratmetr sahəsi əşyalarla birlikdə yanaraq sıradan çıxıb. Ev sahibi yanğının qəsdən törədildiyini iddia edir. Bildirib ki, günorta saatlarında evdən çıxanda qaz və elektrik cihazlarını şəbəkədən ayırıb.
Faktla bağlı araşdırma aparılır.