Goranboy sakini dərmandan zəhərləndi

Goranboy rayonunda 48 yaşlı kişi qəbul etdiyi dərmandan zəhərlənib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Baxçakürt kəndində baş verib.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Ceyhun Əsgərov dərman qəbul etdikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilib vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.