- Köhnə - Hadisə
- 3 Aprel 2018 20:28
- 5 121
Bərdədə avtomobil piyadanı vurdu
Ağdam sakinini Bərdədə avtomobil vurub.
AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində baş verib. “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolu keçən Ağdam rayon Üçoğlan kənd sakini 1972-ci il təvəllüdlü Meydanov Qafar Nəriman oğlunu vurub. Qəza zamanı xəsarət alan Q.Meydanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.