Salyanda yaş yarımlıq körpə su kanalına düşdü

Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

Azyaşlı uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.