Biləsuvarda 23 yaşlı qız dərmandan zəhərləndi

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

AzNews.az Report-a istinadən xəbər verir ki , hadisə Nərimankənd kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Muradova Nuranə Əli qızı qəbul etdiyi dərmandan zəhərlənib. 23 yaşlı gənc Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilərək, reanimasiya şöbəsinə yerləşdirilib. N.Muradovanın vəziyyəti orta-ağır olaraq qalır.

Məlumata görə, o, hərarətinin olması səbəbindən 3 həb qəbul edib və nəticədə zəhərlənib.

Faktla bağlı araşdırmalara başlanılıb.