- Köhnə - Hadisə
- 3 Aprel 2018 23:09
- 3 764
Ağdaşda gənc tanımadığı şəxslər tərəfindən döyüldü
Ağdaş rayonunda döyülmə hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Bərşad Məcidov küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.
Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. B.Məcidov xəstəxanaya müraciət edib və ona tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
B.Məcidovun hansı səbəbdən və kimlər tərəfindən döyüldüyü araşdırılır.