- Köhnə - Hadisə
- 4 Aprel 2018 19:22
- 4 055
Yevlaxda gənc oğlan qız üstündə bıçaqlandı - Avtomobili də yararsız hala salındı
Yevlax rayonunda qız üstundə 23 yaşlı gənc bıçaqlanıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov münaqişə zəminində gicgah və ağız nahiyəsindən bıçaq zərbələri alıb.
Üstəlik, ona məxsus “VAZ-2107” markalı minik avtomobilinin müəyyən hissələri əzilib, şüşəsi sındırılıb. Yaralı şəxsi avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gedib və dərhal əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.