Şamaxıda yol qəzası baş verdi - Xəsarət alanlar var

Şamaxıda yol nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Şamaxı yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Hüseynov Ramin Zinhar oğlunun idarə etdiyi 10-ZT-052 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı sakini, 1986-cı il təvəllüdlü Sayılov Xəyal Əliqardaş oğluna məxsus 10-UU-560 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.