- Köhnə - Hadisə
- 4 Aprel 2018 20:48
- 3 456
Göygöldə yanğın oldu
Göygöl rayonunda fərdi evdə yanğın baş verib.
AzNews.az bu barədə FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Göygöl rayonunun Zurnabad kəndində ümumi sahəsi 100 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı 5 m2 və qamışdan ibarət çardağı 2 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.