Ağcabədidə 3 otaqlı evdə yanğın

Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın rayonun Hacıbədəlli kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksilaları 70 m2 sahədə və içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​