- Köhnə - Hadisə
- 7 Aprel 2018 21:22
- 3 637
Biləsuvarda ağır yol qəzası - Yenilənib
Biləsuvar rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərin adları məlum olub.
Report"un Aran bürosu xəbər verir ki, bunlar Masallı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Muxtarov Urfan Abutalıb oğlu, 1971-ci təvəllüdlü Cabbarova Könül Şükür qızı, 1992-ci il təvəllüdlü Cabbarov Zaur Müdhət oğlu və 1962-ci il təvəllüdlü Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
19:35
Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xırmandalı kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” toqquşub.
Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az