- Köhnə - Hadisə
- 7 Aprel 2018 22:43
- 4 557
48 yaşlı fəhlə işlədiyi binadan yıxıldı
Sumqayıt şəhərində istehsalatda bədbəxt hadisə baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü yerli sakin Rüstəmov Saleh Novruzəli oğlu Yaşıldərə yaşayış massivində fəhlə işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Fəhlə müayinə olunaraq əməliyyat edilib. Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az