Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb. Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

Piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşdü

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi “Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.

Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az